Hollivud ulduzu bütün sərvətini filmlərə xərclədi - FOTO
Hollivud ulduzu Kevin Kostner sərvətini filmlərinə xərcləyib.
BAKU.WS xəbər verir ki, Kann Film Festivalında onun yeni filmi "Horizon: An American Saga"nı 10 dəqiqə alqışlanıb.
69 yaşlı aktyor çıxışı zamanı kövrəlib. O 4 hissədən ibarət "Horizon: An American Saga" filminin büdcəsini çətinliklə topladığını bildirib.
Kostner bu film üçün 20 milyon deyil, 38 milyon dollar xərclədiyini etiraf edib.
Ekran işinin ilk iki hissəsi bu ilin yayında nümayiş olunacaq. Digər iki hissənin çəkilişləri üçün isə pul çatmır.
Buna baxmayaraq, Kevin həmin filmlərin çəkiləcəyini deyib. Aktyor çıxışında bütün sərvətini bu filmlərə xərclədiyini də etiraf edib.
Qalereya
Oxşar xəbərlər
Hollivud aktyorlarını ulduz edən kiçik rolları - FOTO - SİYAHI
Dünyaca məşhur Hollivud ulduzları bir zamanlar karyeralarına kiçik rollarla başlayıblar. Onlar bu rollarla diqqət çəkməyi bacardıqdan sonra yavaş-yavaş məşhurla...