“Hökmən bunu edəcəyik, amma heç kimə demə, yaxşı?...” ABŞ Putinin sözündən təşvişə düşüb

“Hökmən bunu edəcəyik, amma heç kimə demə, yaxşı?...” ABŞ Putinin sözündən təşvişə düşüb
Siyasət 918
Rusiya prezidenti Vladimir Putinin ötən gün amerikalı jurnalistlə etdiyi zarafat Vaşinqtonda təşvişə səbəb olub.BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, NBC News telekanalının müxbri Kir Simmons “Rusiya energetika həftəsi” adlı forumda Putindən Rusiyanın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə planları haqda soruşub.Putin amerikalı jurnalistə pıçıltı ilə deyib: “Sizə bir sirr açıram: bəli, hökmən bunu edəcəyik ki, sizi necə lazımsa əyləndirək. Amma bu haqda heç kimə deməyin. Yaxşı?”
“Hökmən bunu edəcəyik, amma heç kimə demə, yaxşı?...” ABŞ Putinin sözündən təşvişə düşüb
Ardınca o, əlavə edib ki, Rusiya öz problemlərinin həlli ilə məşğuldur və başqa ölkələrin işlərinə qarışmaq niyyətində deyil. Hərçənd Putin istisna etməyib ki, ABŞ-da 2020-ci il prezident seçkiləri kampaniyasından sonra da Moskvanı müdaxilədə günahlandıranlar tapılacaq.Lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyində Putinin zarafatını zarafat kimi yox, ciddi qəbul ediblər və xaricdən yönələn istənilən təhdidi almağa hazırdırlar. Nazirlik bu barədə bildirib: “Bizim hökumətin əlinin altında bunun (Rusiyanın müdaxiləsinin) qarşısını almaq üçün bütün alətlər var”.
“Hökmən bunu edəcəyik, amma heç kimə demə, yaxşı?...” ABŞ Putinin sözündən təşvişə düşüb
Qeyd edək ki, Rusiyanın 2016-cı il prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsi ətrafında siyasi qalmaqal hələ də səngiməyib. Xüsusi prokurorun iki ilə yaxın apardığı təhqiqatda Trampın Rusiya ilə gizli işbirliyinə dair tutarlı sübutlar tapılmasa da şübhələr qüvvəsində qalır.

Oxşar xəbərlər

İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib - FOTO

İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayən...

600 Siyasət 19:46 03 sentyabr 2019

Son xəbərlər