Putin Azərbaycana səfər edəcək

Putin Azərbaycana səfər edəcək
Siyasət 1844
Bu ilin sentyabr və oktyabr aylarında Rusiya prezidenti Vladimir Putinin qonşu ölkələrə rəsmi səfəri baş tutacaq.BAKU.WS xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov ölkə mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, Putin bu ay Azərbaycana səfər edəcək.Bundan başqa, Putin 27-28 sentyabrda Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabr ayı üçün Putinin Özbəkistana səfəri planlaşdırıb.Yuri Uşakov onu da vurğulayıb ki, Putin ilin sonuna qədər Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammitdə iştirak edəcək. Rus diplomat qeyd edib ki, üçtərəfli sammit Rusiyada baş tutacaq. Görüşün dəqiq vaxtı isə danışıqlardan sonra müəyyən olunacaq.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Putinin Türkiyəyə səfəri başlayıb

Putinin Türkiyəyə səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə iki günlük səfəri başlayıb. BAKU.WS-in məlumatın agörə, prezident Rəcəb Tayyib Ərdoğan həmkarını Ankaradakı prezide...

2879 Siyasət 20:30 03 aprel 2018

Son xəbərlər