Rusiyada dünyanın ən nüfuzlu idman yarışı keçirilir, Putin isə ortalıqda yoxdur

Rusiyada dünyanın ən nüfuzlu idman yarışı keçirilir, Putin isə ortalıqda yoxdur
Siyasət 4252
Rusiya dünya çempionatları tarixində ən böyük uğurunu qazanmaq imkanını əldən qaçırdı. Dörddə bir finalda ruslar güclü Xorvatiya yığmasına layiqli müqavimət göstərərək, yalnız penaltilər seriyasından sonra məğlub oldular.Matçda diqqəti çəkən məqamlardan biri də ölkə lideri, prezident Vladimir Putinin oyuna gəlməməsi oldu. Putinin yerinə həmişəki kimi baş nazir Dmitri Medvedev gələrək, milli komandaya dəstəyini nümayiş etdirdi.Xorvatiya yığmasına isə stadionda şəxsən prezident Kolinda Qrabar-Kitaroviç, özü də milli forma ilə azarkeşlik edirdi.“Dünya çempionatının Rusiyada keçirlməsi üçün bu qədər işlər görən prezident Vladimir Putin stadionlara təşrif buyurmur. Putin birinci və sonuncu olaraq, çempionatın açılış oyununda, Rusiyanın Səudiyyə Ərəbistanı yığmasını 5:0 məğlub etdiyi matçda görünüb”, - Almaniyanın “Handelsblatt” qəzeti yazır.“Bir çox müşahidəçilər elə güman edirdilər ki, Putin futbol turnirinin gedişində özünüreklam şansını əldən buraxmayacaq. “Bu dünya çempionatı tarixdə ən yaxşı olmalıdır. Dünya Rusiyanı qonaqpərvərliyi ilə, sevinc dolu və rifah içində görməlidir” - prezidentin turnirdən qabaqkı şüarı belə olub. Müxtəlif oyunların həvəskarı, dzü-do və xokkey fanatı Putin əslində bu dəfə də özünün hər cəhətdən şöhrətpərəstliyini nümayiş etdirməli idi”, - məqalədə qeyd olunub.Qəzetin yazdığına görə, bir çoxları Kremlin şefinin davranışlarında hansısa planın olduğunu güman edirlər.“Rusların dünyanın dörd bir tərəfindən gələn minlərlə azarkeşlə birlikdə futbol bayramına aludə olduğu bir vaxtda prezident “kölə kimi ölkənin rifahı naminə kürək çəkir”, - Putinin piarçıları məsələni bu cür təqdim etməyə çalışırlar.Sosial şəbəkələrdəsə, Putinin Rusiya-İspaniya matçını izləməməsini ayrı yerə yozanlar daha çoxdur. Onların fikrincə, Rusiya prezidenti sadəcə olaraq, qələbəyə inanmadığı üçün gəlməyib.Rusiyalı politoloq Andrey Kolesnikovun sözlərinə görə, Putin Rusiyanın növbəti dəfə idman rüsvayçılığı ilə üzləşməsinə görə siyasi məsuliyyəti üzərinə götürmək istəməyib.“O, yalnız bu cür dünya əhəmiyyətli idman hadisəsinin ev sahibi kimi çıxış etmək üçün final oyununa gələcək”, - A.Kolesnikov deyib.Musavat.com

Oxşar xəbərlər

İlham Əliyev dünya çempionatının açılış mərasimində iştirak edib

İlham Əliyev dünya çempionatının açılış mərasimində iştirak edib

İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti...

1694 Siyasət 22:00 14 iyun 2018

Son xəbərlər