Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
"Məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edib".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında paylaşımında bildirib:
"Məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir".
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT...