Hikmət Hacıyev Bakıda keçiriləcək forumdan yazdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Respublikasının Prezident İlham Əliyev yaxın vaxtlarda bir çox müxtəlif ölkələrin akademikləri, tədqiqatçıları və beyin mərkəzlərinin nümayəndələri ilə regional və qlobal məsələlərlə bağlı danışıqlar aparacaq”.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Hikmət Hacıyev qeyd edib ki, “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” (“Karabakh: Back home after 30 years. Accomplishments and Challenges”) adlı tədbirdə xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına geri qaytarılmasına diqqət yetiriləcək.
[media=https://x.com/HikmetHajiyev/status/1732268682758193520?s=20]
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...