HƏMAS Qəzza zolağının şimalına nəzarəti itirib

08
noy
2023
23:46
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının şimalına nəzarəti itirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib.
Onun sözlərinə görə, Qəzza zolağının 50 minə yaxın sakini artıq sözügedən ərazinin şimalından cənubuna keçib.
“Onlar tərk edirlər, çünki anlayırlar ki, HƏMAS Qəzzanın şimalında nəzarəti itirib və cənubda dərman, qida və suyun təmin edildiyi daha təhlükəsiz bölgə var”, – Ordunun sözçüsü qeyd edib.//report
Oxşar xəbərlər
İsrail HƏMAS-ın raket qüvvələrinin rəis müavinini məhv edib
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağına gecə zərbələri zamanı HƏMAS-ın raket qüvvələrinin rəis müavininin və bu təşkilatın onlarla obye...
