HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko İsraildə 7 ukraynalının öldüyünü, 9 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb.
İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Oxşar xəbərlər
Əl-Qəssam Briqadalarının İsrail hərbçilərini əsir götürdüyü görüntülər yayıldı - VİDEO
HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadalarının İsrailə qarşı həyata keçirdiyi “Əl-Əqsa tufanı” əməliyyatı ilə bağlı yeni görüntülər yayılıb. BAKU.WS xarici K...