Əl-Qəssam Briqadalarının İsrail hərbçilərini əsir götürdüyü görüntülər yayıldı - VİDEO
HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadalarının İsrailə qarşı həyata keçirdiyi “Əl-Əqsa tufanı” əməliyyatı ilə bağlı yeni görüntülər yayılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər berir ki, görüntülərdə Həmas üzvləri Kissufim hərbi bazasına basqın edərək İsrail əsgərlərini əsir götürüblər.
Bədən kamerasına lentə alınan anlarda Həmas üzvlərinin bazaya basqın etdiyi, bir neçə İsrail əsgərini öldürdüyü, bir neçə əsgəri əsir götürdüyü görülüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ümumilikdə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Oxşar xəbərlər
Həmas-dan İsrailə raket zərbələri - “Dəmir Gümbəz” havada onlarla raketi belə məhv etdi - VİDEO
HƏMAS Qəzza zolağından İsrailin Aşkelon şəhərinə raket zərbəsi endirib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi...