Havay adalarında yanmayan “Möcüzə ev”in sahibi danışdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Havay adalarında baş verən güclü yanğınlarda yanlız bir ev heç bir zərər görməyib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Lahainada yerləşən bu ev sahil zolağında yanmayan yeganə ev kimi qeyd edilib.
Sözügedən evin sahibi bunun səbəbini açıqlayıb. O bildirib ki, taxtadan olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər edilib. Dam örtüyünə metal maddə qatılıb və evin ətrafındakı hündür kollar kəsilərək yerinə daşlar düzülüb.
Evə edilən bu dəyişikliklər onu yanmaqdan xilas edib. 114 nəfərin öldüyü, 2700-dən çox binanın zədələndiyi yaxud tamamilə dağıldığı fəlakətdə o evin zərər görməməsi müzakirə obyektinə çevrilib.
Bu ev “Möcüzə ev” adlandırılıb.
Oxşar xəbərlər
Havay adalarında yanğın davam edir - 67 ölü, yüzlərlə itkin var - FOTO
ABŞ-ın Havay ştatının ən böyük adalarından biri olan Mauidə davam edən yanğınlarda ölənlərin sayı 67-yə çatıb, yüzlərlə insan hələ də itkin sayılır. BAKU.WS xar...