Dünyanın ən aktiv vulkanlarından biri yenidən fəaliyyətə keçdi - FOTO
Dünyanın ən aktiv vulkanlarından sayılan ABŞ-nin Havay adalarında Kilauea vulkanının zirvə kraterində püskürmə baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) Havay Vulkan Rəsədxanasının Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başlanğıcını göstərən parıltılar aşkar etdiyini bildirib.
Lava axınının püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan müəyyən edildiyini bildirən USGS, vulkandakı fəaliyyətin yalnız Halemaumauda olduğunu və təhlükənin püskürmənin gedişatına uyğun olaraq yenidən qiymətləndiriləcəyini açıqlayıb.
Bundan əlavə, Havay Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, bölgədəki yaşayış məntəqələri təhlükə altında deyil.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.
Qalereya
Oxşar xəbərlər
Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldu
Yeni Zelandiyada güclü zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Ok...