Hava Limanında əməliyyat: 10 mindən çox tülkü quyruğu ələ keçirildi - FOTO/VİDEO
Moskvadan İstanbul Hava Limanına gələn Özbəkistan və Yunanıstan vətəndaşı olan iki sərnişinin çamadanlarında bazar dəyəri 1 milyon 236 min TL olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.
BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra gömrük əməkdaşları şübhəlilərin fiziki təqibinə başlayıb.
Dörd çamadanla sərnişin salonuna gələn və gömrük bəyannaməsi məntəqəsində dayanmadan birbaşa çıxışa yönələn şübhəlilərin qarşısı alınıb.
Qruplar, sərnişinlərin baqajını rentgen müayinəsi edib. Skanlama nəticəsində çamadanlarda şübhəli konsentrasiyaların olduğunu müşahidə edilib. X-ray müayinəsindən sonra başlanan ətraflı axtarışda çamadanların heyvan quyruğu ilə dolu olduğu müəyyənləşib.
Əməliyyat nəticəsində ümumi dəyəri 1 milyon 236 min türk lirəsi olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.
Hadisə ilə bağlı Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən istintaqın davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...