Fidan buna görə Blinkeni qucaqlamağı rədd etdi - VİDEO

Fidan buna görə Blinkeni qucaqlamağı rədd etdi - VİDEO
Video
Siyasət 6

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Antoni Blinkeni qucaqlamaqdan imtina etməsinin səbəbləri ortaya çıxıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə XİN başçısı ABŞ diplomatiyasının rəhbərinin bir qədər əvvəl göstərdiyi nəzakətsizliyə görə belə davranıb.

Qeyd olunur ki, Blinkenin maşını Xarici İşlər Nazirliyinin qapısına çatanda Hakan Fidan hər qonaq naziri qarşıladığı kimi aşağı enərək nazirliyin qapısı önündə dayanıb. Ancaq həmin vaxt telefonla danışan Blinken maşından düşməyib. Bunu görən Fidan əsəbləşərək geri, binanın içinə qayıdıb.

Blinkeni içəridə qarşılayan Fidan ABŞ dövlət katibinin onu öpmək cəhdini də rədd edib.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər