"Haber Global": Paşinyan Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib

Haber Global: Paşinyan Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib
Siyasət 138

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirlər türkiyəli araşdırmaçı-jurnalist Emre Öztürkün "Haber Global" platformasında Ermənistan rəhbərliyinin son dövrlərdəki diplomatik məğlubiyyətləri barəsində yazdığı geniş araşdırma məqaləsində yer alıb.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Suriyadakı Əsəd rejiminə dəstəyini və son aylarda baş verən nəticələrdən sonrakı məğlubiyyəti məsələsinə toxunub.

"Avropa İttifaqına yaxınlığı ilə tanınan "EU Reporter" nəşri Ermənistanın uzun illər Suriyada Bəşər Əsədi dəstəklədiyini, lakin rejimin devrilməsi ilə diplomatik çərçivədə Türkiyəyə uduzan ölkəyə çevrildiyini yazıb. Təhlildə həmçinin qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Əsədi dəstəkləməsi onun avropapərəst və qərbyönlü ritorikasına ziddir", - o yazıb.

Emre Öztürkün sözlərinə görə, Azərbaycan və Türkiyənin birliyi qarşısında parçalanma həddinə çatan Ermənistan çətin günlər yaşayır:

"Adıçəkilən təhlil məqaləsində Nikol Paşinyanın 2020-ci ildə baş verən həlledici diplomatik və hərbi əməliyyatlarla başa çatan İkinci Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəbləndiyi bildirilib".

Məqalədə 2023-cü ilin dekabrında keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında İrəvanın Moskva ilə bütün əlaqələri kəsmək qərarına gəlməsinə də toxunulub.

"Ermənistan rəhbərliyi Ticarətdə Avropa Birliyi ölkələrinə, hərbi idxal sektorunda isə Yunanıstan, Hindistan və Fransa kimi ölkələrə üz tutub. Bu müddət ərzində Ermənistan Rusiyanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalarında iştirak etməyib. Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi və Ukraynaya siyasi dəstək verməsi ilə bağlı Moskvada da gərginlik artıb".

Araşdırmaçı-jurnalist ABŞ və Aİ-nin rəsmi hesabatlarına istinad edərək Ermənistan-İran münasibətlərinə də diqqət çəkib.

"Ermənistan Qərbin Tehrana qarşı qoyduğu embarqoları həyata keçirmir. İrəvanın Tehranı dəstəkləyən sözlərinin ABŞ-da da ciddi reaksiya ilə qarşılandığını deyən Aİ rəsmiləri Ermənistanın "ikili diplomatiyası" səbəbindən Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərdiyi qənaətindədirlər".

Türkiyəli jurnalist Brüsel mənbələrinə əsaslanaraq İrəvanın Avropaya tam inteqrasiyaya nail olmaq üçün beş mühüm addım atmalı olduğunu diqqətə çatdırıb.

"İrəvanın KTMT-dən rəsmən çıxacağı gözlənilsə də, onun Avrasiya İqtisadi İttifaqından çıxması və 2013-cü il Avropa İttifaqı Assosiasiyası Sazişini imzalaması da düşünülür. ABŞ və Aİ həmçinin İrəvandan embarqo qoyulmuş strateji malların Qərbdən Rusiyaya cəbhə şirkətləri vasitəsilə daşınmasına son qoymağı tələb edir. Paşinyanın Rusiyanın Ukraynaya təcavüzünü pisləməsi gözlənildiyi halda, həmçinin İranla strateji tərəfdaşlığa son qoyulması tələb olunur", - məqalədə vurğulanıb.

Son xəbərlər