"Haber Global": "İlham Əliyev Ərdoğana başsağlığı verdi"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" televiziya kanalı süjet paylaşıb.
İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığı vurğulayıb.
"Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər?
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və M...