"Haber Global" Əbu-Dabidə keçirilən Azərbaycan-BƏƏ birgə təlimindən süjet yayımladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər.
BAKU.WS xəbər verir ki, Türkiyənin "Haber Global" telekanalı bu barədə süjet hazırlayıb. Telekanalın yayımladığı videosüjetdə Azərbaycan və BƏƏ hərbçilərinin əməliyyat-taktiki təlimindən görüntülər əksini tapıb.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin təlimləri yerindəcə izlədiyini vurğulanıb.
Həmçinin qeyd olunub ki, birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...