"Haber Global": Azərbaycan İranın çətin anında yanında oldu
İran Prezidenti Məsud Pezeşkian jurnalistlərə müsahibəsi zamanı müharibə dönəmində Azərbaycanın İrana dəstəyindən danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"da yayımlanan süjetdə qeyd olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də həmçinin Pezeşkiana sözlərinə görə təşəkkür edib.
Süjetdə qeyd olunub ki, Pezeşkian müsahibəsində Azərbaycanın İrana müxtəlif sahələrdə əhəmiyyətli yardım göstərdiyindən bəhs edib. O bildirib ki, Azərbaycan müəyyən mərhələdə İran bankını və yolları bağlamışdı, lakin danışıqlardan sonra yollar, bank və səfirlik yenidən açıldı. İran prezidentinin sözlərinə görə təşəkkür edən Azərbaycanın dövlət başçısı qeyd edib ki, regionda baş verən son hadisələr bir daha Azərbaycanın qardaş İran xalqına dəstəyini açıq şəkildə nümayiş etdirib.
Məlumata görə, Azərbaycan bu il ilk dəfə martın 10-da İrana təxminən 30 tona yaxın yardım göndərib. Daha sonra martın 18-də 82 ton ərzaq, dərman və tibbi ləvazimatlar göndərilib. Növbəti humanitar yardım karvanı isə İrana aprelin 4-də çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək. BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazi...