Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi

Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi
Siyasət 336

Gürcüstanın Baş naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

BAKU.WS xəbər verir ki, Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS xəbər ver...

11 Siyasət 09:24 10 fevral 2020

Son xəbərlər