Gürcüstanın baş epidomoloqu Çin vaksini vurduracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan Gürcüstanda Çinin “Sinopharm” peyvəndinin tətbiqi ilə vaksinasiya prosesinə başlanılacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze peyvəndi ilk vurduranlardan olacaq.
Gürcüstanda “Sinopharm” vaksini 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Qonşu ölkə 100 min dozadan ibarət Çin peyvəndinin ilk partiyasını aprelin əvvəlində tədarük edib.
Qeyd edək ki, Gürcüstanda martın 15-dən “Astrazeneca”, martın 30-dan isə “Pfizer” preparatı ilə peyvəndlənmə aparılır. Aprelin 29-da Çin qonşu ölkəyə 100 min doza “Sinovac” peyvəndi göndərib.
Oxşar xəbərlər
İngiltərə baş naziri "AstraZeneca" peyvəndi vurduracaq
Böyük Britaniyanın baş naziri Boris Conson "Oxford AstraZeneca" peyvəndini təhlükəsiz adlandırıb. BAKU.WS "Skynews"a istinadən xəbər verir ki, baş nazir bu peyv...