Gürcüstanda sentyabrın 15-də məktəblər açılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur.
BAKU.WS azertac-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək. Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq.
Baş nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.
Oxşar xəbərlər
Gürcüstanın Baş Naziri istefaya gedir
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria istefa verir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “İnterpress news” xəbər agentliyi məlumat yayıb. Qeyd edə...