Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb - FOTO

Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb - FOTO
Foto
Siyasət 93

Gürcüstan gömrükçüləri Ermənistanın iki vətəndaşını saxlayıblar.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bəyan edilməmiş külli miqdarda qiymətli metalları qaçaqmalçılıq yolu ilə Türkiyəylə sərhəddəki “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil ediblər.

Ermənistan vətəndaşlarından gömrük dəyəri 56 253 laridən çox olan 508,66 qram çəkidə qızıl əşyalar müsadirə edilib.

Faktla bağlı istinaq aparılır. Saxlanılan şəxsləri 8 ildən 11 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər