Gürcüstanda "qanuni oğru"lara qarşı əməliyyat keçirilib, 13 nəfər saxlanılıb

Gürcüstanda qanuni oğrulara qarşı əməliyyat keçirilib, 13 nəfər saxlanılıb
Siyasət 149

Gürcüstanda "oğru dünyası" ilə əlaqəli 13 şəxs saxlanılıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxslər Tbilisi, Telavi və Kutaisidə həyata keçirilmiş xüsusi əməliyyatlar zamanı yaxalanıblar.

Saxlanılan şəxslərdən maddi sübut kimi 4 avtomobil və silah-sursat müsadirə edilib. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Bununla yanaşı, xaricdə yaşayan "Qlexoviç" ləqəbli gürcü "qanuni oğru"ya qiyabi ittiham irəli sürülüb.

Son xəbərlər