Gürcüstanda azərbaycanlılar yaşayan kənddə döyülmə olub, saxlanılan var
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Kaxeti bölgəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 1978-ci il təvəllüdlü şəxs saxlanılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxs bu il fevralın 4-də cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.
Cinayətdə əli olan digər şəxslərin müəyyən olunması üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Oxşar xəbərlər
Marneulidə qız qaçıran üç nəfər saxlanılıb
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeniyetmə qızı evlənmək məqsədilə qaçırmaqda ittiham olunan üç nəfər saxlanılıb. BAKU.WS “Re...