Gürcüstan XİN başçısı Putinin qərarı təqdir etdi
09
iyl
2019
21:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya prezidentinin Gürcüstana qarşı sanksiya tətbiq etməməklə bağlı qərarını düzgün addım hesab edirəm”.BAKU.WS “İmedi” TV-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Rusiya prezidenti Vladimir Putinin müvafiq bəyanatını şərh edərkən bildirib.“Təbii ki, hadisələri izləyirdik və qeyd etməliyəm ki, gərginliyi artıran, vəziyyətin daha da pisləşməsinə gətirib çıxaran o təxribatçı çıxışlar əsla qəbuledilməzdir. Sizdən eşitdiyim Rusiya prezidentinin qərarı, əlbəttə ki, yeganə düzgün addımdır və təqdirəlayiqdir”, – deyən gürcüstanlı nazir ölkədə sabitliyi pozmağa çalışan müəyyən pozucu qüvvələrin fitnələrinə uymamağın vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Putindən gürcü jurnalistə cavab: Onun üçün böyük şərəf olardı
Gürcüstan xalqına hörmətə görə və Gürcüstanla ikitərəfli münasibətlərin qorunması naminə bu ölkəyə qarşı sanksiya tətbiq etməyə dəyməz.Bunu Rusiya Prezidenti Vl...