Gürcüstan İtaliyaya birbaşa aviareysləri dayandırıb
Gürcüstan hökuməti İtaliyaya birbaşa aviareysləri müvəqqəti dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə qərar koronavirusun Gürcüstan ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə qəbul olunub.
Qərara münasibət bildirən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib: “İtaliya ilə birbaşa aviareyslərin dayandırılması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. Lakin insanlarımızın həyatı və sağlamlığı bizim üçün daha vacibdir”.
Nazirin sözlərinə görə, İtaliya və digər riskli ölkələrdən Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması və onların məcburi müalicəsi hökumətin vəsaiti hesabına həyata keçiriləcək.
Oxşar xəbərlər
Gürcüstan ölkə ərazisinə daxil olma şərtlərini sərtləşdirib
Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının martın 6-da keçirilən iclasında ölkə ərazisinə daxil olmaq şərtlərinin sərtləşdirilməsi barədə qərar qəb...