Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb və ölkəyə giriş rejimini də sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala (1Tv.ge) müsahibəsində deyib.
Onun sözlərinə görə, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin bunu mərhələli şəkildə həyata keçirmək lazımdır.
Nazir deyib: “Biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına ona riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq”.
Qeyd edək ki, Gürcüstanda son günlər COVID-19 virusuna yoluxmada azalma müşahidə olunur.
Son həftədə yoluxma əhalinin 3,64 faizini təşkil edib.
Oxşar xəbərlər
Gürcüstanın yeni hökuməti təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib. BAKU.WS report-a istinadən xəbər verir ki, 85 deputat yeni hökumətin lehinə səs verib. Giorgi Qax...