"Gurbetçi Şaban" filmi gerçək olu: 24 uşaq üçün ildə 1,5 milyon avro alır - FOTO

Gurbetçi Şaban filmi gerçək olu: 24 uşaq üçün ildə 1,5 milyon avro alır - FOTO
Siyasət 4

Son bir neçə gündür Alman mətbuatı 24 uşaq atası olan 44 yaşlı Conatan A-dan yazır. Belə ki, nigeriyalı alman vətəndaşı Conatan qəyyumluğa götürdüyü 24 uşaq üçün dövlətdən illik 1,5 milyon avro alır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Afrikada bahalı avtomobillər sürür. Ayda orta hesabla 120 min avro gəliri var.

Saxta ata özünə "Mr. Cash Money" ləqəbi qoyub. O bu adla sosial şəbəkələrdə paylaşımlar edir.

O Almaniyanın Dortmund şəhərində yaşayır. Cinayətkar dəstələri izləyən qurumlar Conatan A. ilə bağlı araşdırma aparıblar, lakin nigeriyalı adam evində tapılmayıb.

Onun dövlətə verdiyi zərər yalnız uşaq pulu və yardım almaq deyil. Başqa qeyri-qanuni işlərinin olduğu da bildirilib.

O uşaqlarının anasının kimliyin belə bilmir. Dortmundda lüks evdə yaşayan və heç bir işdə işləməyən Conatan illər əvvəl ekranlara gələn "Gurbetçi Şaban" fiminn xatırladıb.

Baş rolda çəkilən aktyor Kemal Sunal ulduz olan uşaqları yığır və Şaban Yıldız adına qəyyumluğa götürür. Bu səbəblə də milyonçu olur. Şaban Yıldız Conatandan fərqli olaraq bu sahədə varlanıb bir Alman şirkətini satın alır.

Son xəbərlər