Günün Yekunu - 8 yanvar 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/108216
Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/108226
"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəhbər təyin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/108228
Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/108166
Bakıda məktəb direktorlarına və müəllimlərinə xüsusi məktublar göndərilir. Məktubda bildirilir ki, direktor və müəllimlər xüsusi medallarla təltif edilir. Lakin medal qazanmaq istəyən müəllimlər xərcə düşməlidirlər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/108243
Prezident İlham Əliyev Həsənov Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/108246
Prezident İlham Əliyev Nərgiz Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/108247
“Bütövlükdə vaksinasiyadan sonra normal və ya əvvəlki həyatın qayıdacağı ilə bağlı proqnozlar var. Bu gün qlobal olaraq gözlənti ondan ibarətdir ki, bu ilin aprel ayından etibarən əvvəlki həyat geri qayıda bilər. Sözsüz ki, bunlar hamısı proqnozlardır”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/108248
Ölkə rəhbərliyinin göstərişinə əsasən, Füzuli rayonunda tikilmiş evlər məcburi köçkünlərə veriləcəkdir. Yaşayışa hazır olan 4 687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/108252
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/108259
Oxşar xəbərlər
Günün Yekunu - 8 dekabr 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Ölkədə yoluxmanın mövcud artım tendensiy...