Günün Yekunu - 8 fevral 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
11 aydır ki, yeyib-içməkli və çal-çağırlı məclislərin keçirilməsi qadağandır. Səbəb isə ölkədə hökm sürən koronavirus pandemiyasıdır. Vaksinasiyadan sonra toyların keçirilməsinə icazə verilə bilərmi?
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/110924
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110931
Bakıda dərslər açılandan sonra şagirdlər həvəslə məktəblərə üz tuturlar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/110947
Paytaxtın Yasamal rayonunda qazi adı ilə dilənən şəxs saxlanılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110957
Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/110961
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110946
Gürcüstanda azyaşlı qız üçün nişan mərasimi keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110965
Ötən il Azərbaycanda qeydə alınmış intihar hadisələrinin sayı açıqlanıb. 2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110974
Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110979
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110980
Oxşar xəbərlər
Günün Yekunu - 4 fevral 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Daxili İşlər Nazirliyində daha bir kadr...