"ASAN xidmət"in mərkəz direktoru “AzinTelekom”un rəhbərliyinə gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Qeyd edək ki, T.Tağı-zadə bu təyinatdan əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub.
Qeyd edək ki, 32 yaşlı T.Tağı-zadə 2018-ci ildən bu vəzifəni icra edir. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər “İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini olub.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...