Prezident İlham Əliyev Yusif Axund-zadə ilə bağlı sərəncam imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Yusif Yevgenyeviç 1946-ci il fevralın 6-da Bakı şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə daxil olub, 1969-cu ildə oranı bitirib.
2 dəfə - 1971 və 1983-cü illərdə Moskvada Qızıl meydanda hərbi paradlarda iştirak edib.
1989-cu ildən "Nəfəs və zərb alətləri" kafedrasında müəllim, 1994-cü ildən dosent, 1999-cu ildən professor vəzifəsində işləyir. 2008-ci ildən Bakı Musiqi Akademiyası nəfəs və zərb alətləri kafedrasının müdiridir.
General-mayor Yusif Axund-zadə 23 ildir, Azərbaycan himnini şərəflə canlandıran hərbi orkestrin dirijorudur.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...