“Günün Yekunu” - 31 oktyabr 2019

“Günün Yekunu” - 31 oktyabr 2019
Siyasət 547
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.BAKU.WS xəbər verir ki, Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/73022
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73034
Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73035
Azərbaycan televiziyasında cəlbedici və cazibədar görünüşü olan çox sayda gözəl aparıcı var.BAKU.WS saytı Azərbaycan televiziyasında ən gözəl və cazibədar olan 10 aparıcını müəyyənləşdirib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/73055
“Atamın evinin dövlət tərəfindən təmir edilməsi diqqətəlayiq haldır. Belə bir addımın atılmasına görə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm”.BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ata evinin təmir edilməsinə münasibət bildirərkən deyib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73058
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/73066
Prezident iki icra başçısını işdən çıxardı – SƏRƏNCAMDaha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73073
Prezident yeni iki icra başçısı təyin etdi – SƏRƏNCAMDaha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/73076
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/73079

Oxşar xəbərlər

Leyla Əliyeva Nəsiminin Moskvadakı heykəlinin açılışında - VİDEO

Leyla Əliyeva Nəsiminin Moskvadakı heykəlinin açılışında - VİDEO

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şa...

1058 Siyasət 10:38 31 oktyabr 2019

Son xəbərlər