Günün Yekunu - 31 mart 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115265
Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/115278
Azərbaycanda yoluxanların və ölənlərin sayı artan dinamika ilə davam edir. Elə bu səbəbdən də yenidən qapadılmaların olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta aprelin 5-dən sonra restoranların, gözəllik salonlarının və geyim mağazalarının yenidən bağlanacağı da iddia edilir. Bəs bu iddialar həqiqəti nə dərəcədə əks etdirir?
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115280
Sabah Bakıda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/115294
Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115298
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115299
Sosial şəbəkələrdə aprelin 2-dən 14-dək məktəblərdə ənənəvi tədrisin dayandırılacağı ilə bağlı xəbərlər yayılıb. Xəbər Bakı şəhəri üzrə Təhsil idarəsinin loqosu altında paylaşılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/115307
Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə tibbi maskadan nano qurd çıxması barədə video paylaşıb. Aparıcı maskanı isti su olan fincanın üzərinə qoyub. Görüntülərdə kiçik qurdların peyda olduğu bildirilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/115310
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus/115318
31 mart – Azərbaycanlıların Soyqırımı Günü il əlaqədar Şuşa şəhərində Azərbaycan ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/115320
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşanı ziyarət edəcəyəni bildirib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/115322
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115325
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...