SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Bakıda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsinin Vunqtau küçəsinin kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bu səbəbdən M1, M2, M6 və 104 nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.

Dəyişikliyə əsasən:

M1, M2, M6 nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov“ metro stansiyası istiqamətində Ukrayna dairəsi-Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov“ metro stansiyası istiqamətində Gəncə prospekti-Vunqtau küçəsi-Ukrayna dairəsi-Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.

BAKU.WS