Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək - SİYAHI

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsi Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, M2 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metrostansiyası istiqamətində Ukrayna dairəsi – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə M1, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov “ metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.
Oxşar xəbərlər
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək
Martın 1-dən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki,...