Günün Yekunu - 30 dekabr 2020

Günün Yekunu - 30 dekabr 2020
Siyasət 159

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Son günlər Bakı, Sumqayıt və Abşeronda yaşayan şəxslərin kütləvi halda rayonlara üz tutduğu müşahidə edilir. Araşdırmalar zamanı verilən icazələrdən, ezamiyyət vərəqələrindən sui-istifadə hallarının olduğu ortaya çıxıb. Bu səbəbdən də sərtləşdirilmiş xüsusi karantin tətbiq edilən bölgələrə icazələrlə də giriş-çıxış mümkün olmayacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/107467

Günün Yekunu - 30 dekabr 2020

"Hesab edirəm ki, sınaq dozalarına ehtiyac yoxdur. Bu vaksinlərin hamısı sınaqlardan keçib. Əvvəlcə heyvanlar, daha sonra könüllülər üzərində sınaqdan keçib. Bu vaksinin müxtəlif təsirləri müəyyən edilib".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107478

Günün Yekunu - 30 dekabr 2020

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107493

Günün Yekunu - 30 dekabr 2020

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan vətəndaşlığına qəbul edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/107494

Günün Yekunu - 30 dekabr 2020

Erməni girovluğundan azad olunan və bir müddətdir karantində saxlanılan Dilqəm Əsgərov bu gün ailəsinə qovuşacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/107506

Günün Yekunu - 30 dekabr 2020

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən olan Şahbaz Quliyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/107519

Günün Yekunu - 30 dekabr 2020

Əsirlikdən xilas edilən Azərbaycan ordusunun əsgəri, Gəncə sakini Bayram Kərimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/107527

Günün Yekunu - 30 dekabr 2020

Azərbaycanda koronavirusa (COVID-19) 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107533

Günün Yekunu - 30 dekabr 2020

Oxşar xəbərlər

Günün Yekunu - 29 dekabr 2020

Günün Yekunu - 29 dekabr 2020

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Bir müddət əvvəl Vətən Müharibəsində işt...

145 Siyasət 22:00 29 dekabr 2020

Son xəbərlər