Günün Yekunu - 29 dekabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/107350
Azərbaycanda koronavirusa həm yoluxanların, həm də virusunun qurbanı olanların sayında azalma müşahidə olunur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107358
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilən məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/107364
Yeni ildə Bakıda tikinti-yenidənqurma işləri davam edəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/107367
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/107374
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/107395
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/107397
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/107405
Pandemiya dövründə bir çox ölkələrdə bayram və tətil günlərində küçəyə çıxmaqla bağlı qadağalar tətbiq edilir. Sosial şəbəkələrdə yazılır ki, Azərbaycanda da belə qadağa tətbiq ediləcəyi gözlənilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107407
“Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107413
Azərbaycanda koronavirusa (COVID-19) 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/107426
Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin nəşinin erməni əsgərləri tərəfindən yandırılması ilə bağlı video yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/107428
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...