“Günün Yekunu” - 28 noyabr 2019

“Günün Yekunu” - 28 noyabr 2019
Siyasət 355

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

BAKU.WS xəbər verir ki, son iki həftə ərzində Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/74892

YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib. İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74904

Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Azərbaycana səfər edəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74914

YAP-ın Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Məsələ ilə bağlı deputat Fazil Mustafaya bildirib ki, iki ay müddətində növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74912

"Biz çalışacağıq ki, parlamentə ən layiq olan şəxslər içərisində gənclər olsun".

Prezidentə edilən müraciətlə bağlı keçirilən mətbuat konfransında iştirak edən BAKU.WS-in müxbirinin verdiyi məlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74926

Prezident İlham Əliyev maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74939

Oxşar xəbərlər

“Günün Yekunu” - 26 noyabr 2019

“Günün Yekunu” - 26 noyabr 2019

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər. BAKU.WS xəbər verir ki, Xəzər Universitetinin...

263 Siyasət 22:00 26 noyabr 2019

Son xəbərlər