“Günün Yekunu” - 27 noyabr 2019

“Günün Yekunu” - 27 noyabr 2019
Siyasət 712

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

BAKU.WS xəbər verir ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb. Bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/74790

“Günün Yekunu” - 27 noyabr 2019

Təcili tədbirlər görülməzsə, güclü yağışlardan sonra belə dağıntılar yenə olacaq. Bu sözləri İctimai TV-nin efirində ekspert Nüsrət İbrahimov deyib. O deyib ki, Bakıda uçqunların qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/74800

“Günün Yekunu” - 27 noyabr 2019

"İndiyə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazi ekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb, Bakı Olimpiya Stadionu, BakıAli Neft Məktəbinin kampusu, Eko park və başqaobyektlər inşa olunub".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/74803

“Günün Yekunu” - 27 noyabr 2019

“Mən də istərdim ki, rüsumlar aşağı olsun. Əgər Dövlət Gömrük Komitəsinə rüsumların azaldılması ilə bağlı təkliflər daxil olsa, biz onlara etiraz etmərik”.

Bunu keçirdiyi mətbuat konfrasında Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/74809

“Günün Yekunu” - 27 noyabr 2019

Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində bildirib ki, o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi:

“Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/74811

“Günün Yekunu” - 27 noyabr 2019

İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (15 gün müddətinə) ləğv edilməsi haqqında qərar verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74810

“Günün Yekunu” - 27 noyabr 2019

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/74826

“Günün Yekunu” - 27 noyabr 2019

Milli Məclisdə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər müzakirə edilir.

Təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/74827

“Günün Yekunu” - 27 noyabr 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Teleqram kanalında paylaşım edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/74838

“Günün Yekunu” - 27 noyabr 2019

Bakıda qadın sürücüsünə qarşı hörmətsizlik edən avtobus sürücüsü müəyyənləşib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Məsələ ilə bağlı məluat daxil olan kimi 211 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı İ-Qafqaz şirkətinin rəhbəri İsmayıl Maqsudov Agentliyə çağırılıb. Qurum rəsmisi deyir ki, şikayət olunan avtobus xətdən kənarlaşdırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/74844

“Günün Yekunu” - 27 noyabr 2019

Oxşar xəbərlər

“Günün Yekunu” - 26 noyabr 2019

“Günün Yekunu” - 26 noyabr 2019

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər. BAKU.WS xəbər verir ki, Xəzər Universitetinin...

267 Siyasət 22:00 26 noyabr 2019

Son xəbərlər