VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadın sürücüsünə qarşı hörmətsizlik edən avtobus sürücüsü müəyyənləşib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Məsələ ilə bağlı məluat daxil olan kimi 211 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı İ-Qafqaz şirkətinin rəhbəri İsmayıl Maqsudov Agentliyə çağırılıb. Qurum rəsmisi deyir ki, şikayət olunan avtobus xətdən kənarlaşdırılıb:

“Agentliyin tələbinə əsasən sürücünün şəxsiyyəti müəyyən edilib. Daşıyıcı qarşısında sərnişinə qarşı iddia olunan hərəkətlərə yol verən sürücü Qəhrəmanov Xanlar Vahid oğlu barəsində tədbir görülməsi ilə məsələ qaldırılıb”.

Eyni zamanda tələb olunub ki, bu cür xoşagəlməz halların baş verməməsi üçün sürücü heyəti ilə proflaktik tədbirlər aparılsın.

“Bildirim ki, Agentiyin tələbinə əsasən daşıyıcı tərəfindən sürücü Xanlar Qəhrəmanov barəsində intizam tədbiri görülüb. Ümumilikdə isə bildirim ki, bu kimi xoşagəlməz halların yaranmasının əsas səbəbi daşıyıcının işə laqeyd yanaşmasıdır. Konkret olaraq 211 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımadakı çatışmazlıqla bağlı ötən dövrdə vətəndaşlar tərəfindən 150-dən artıq müraciət daxil olub. Təbii ki, fəaliyyəti vətəndaşları məmnun etməyən, onlara narahatlıq yaradan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bilirsiz ki, hazırda optimallaşdırma və avtobus parkının yenilənməsi işləri aparılır. Bu çərçivədə ilk olaraq məhz bu cür xətlər dəyişdiriləcək”, - deyə M.Ağayev bildirib.

Qeyd edək ki, noyabrın 22-də Bakının Yasamal rayonunda avtobus sürücüsü qadın sərnişinə qarşı xoşagəlməz hərəkət edib.

BAKU.WS