Bakıda avtobus sürücüsündən uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət – RƏSMİ AÇIQLAMA
Bu gün Bakının Yasamal rayonunda avtobus sürücüsü qadın sərnişinə qarşı xoşagəlməz hərəkət edib.
Bu barədə vətəndaş BAKU.WS-in “qaynar xətti”nə şikayət edib. Şikayətçi bildirib ki, hadisə Yasamal rayonu ərazisində, “20 yanvar” metrosu yaxınlığında “İnşaatçılar” stansiyasına gedən istiqamətdə avtobus dayanacağında baş verib.
Belə ki, B.Ə. adlı qadın iki uşaqla birlikdə 211 saylı avtobusa minmək istəyib. Uşağın birinin 4 yaşı, digərinin isə 1 yaşı var.
Qadın gəzinti üçün nəzərdə tutulan və asan yığılan, kiçik ölçülü yığılmış vəziyyətdə olan uşaq arabası ilə avtobusa minmək istəyib.
Sürücü isə qadını və uşaqlarını avtobusa minməyə imkan verməyib.
Sərnişinlər çox olduğu üçün qadın ön qapıdan salona daxil olub.
Bu zaman sürücü qadını aldadaraq düşməsini və arxa qapıya yaxınlaşmasını bildirib.
Qadın uşaqlarla və araba ilə birlikdə ön qapıdan düşərək arxa qapıya yaxınlaşsa da sürücü qapını bağlayaraq sürətlə dayanacaqdan uzaqlaşıb. Avtobusda olan sərnişinlər sürücüdən avtomobili saxlamasını tələb etsələr də bu bir nəticə verməyib.
Hadisəni 211 saylı, 10 TF 965 dövlət nömrə nişanlı avtobusun sürücüsü törədib.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirilib ki, məsələ araşdırılacaq və mütləq həmin sürücü barədə ölçü götürüləcək.Məsələni diqqətdə saxlayacağıq.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda özünü polis kimi təqdim edən şəxs avtobusun açarını qırıb qaçdı - VİDEO
Bakıda daha bir avtobus sürücüsünə qarşı kobudluq edilib.Bu dəfə özünü polis kimi təqdim edən gənc avtobusa ödənişsiz daxil olmaq istəyib. Sürücü isə buna etira...