Bakıda özünü polis kimi təqdim edən şəxs avtobusun açarını qırıb qaçdı - VİDEO
24
iyn
2018
09:03
Bakıda daha bir avtobus sürücüsünə qarşı kobudluq edilib.Bu dəfə özünü polis kimi təqdim edən gənc avtobusa ödənişsiz daxil olmaq istəyib. Sürücü isə buna etiraz etdikdə həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.Həmin gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, nitq qüsurlu şəxs daha sonra əli ilə çiyinini göstərərək polis olduğunu işarə edir. Bu şəkildə plastik kartla ödəniş edilən avtobusa pulsuz minmək istəyib.Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Hadisə metorunun "20 Yanvar" stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib. Bu zaman avtobusun sükanı arxasında sürücü Aydın Yunusov olub.Sürücü bildirir ki, mübahisə nəticəsində qəza riski də yaranıb və buna görə sərnişinlər qorxu keçiriblər.Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobusda dəhşət - Polis sürücü ilə əlbəyaxa oldu - ŞOK VİDEO
İyunun 21-də saat 23:15 radələrində 18 saylı marşrut xəttində insident baş verib.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, metronun “20 Yanvar” stansiyas...