Bakıda avtobus sürücüsünü döyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
19
sen
2017
13:45
Daxili İşlər Nazirliyi bazar ertəsi axşamı sürücünü döyən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin aparıldığını bildirir.BAKU.WS-in məlumatına görə, bu barədə Daxili İşlər nazirliyindən BBC Azərbaycancaya bildirilib.Daha öncə Bakı Nəqliyyat Agentliyi döyülən sürücü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirmişdi.Sosial şəbəkələrdə yayılan videoda marşrutun sürücüsü arxa qapıdan avtobusa daxil olan sərnişinə etiraz etdiyi eşidilir. Bir müddət sonra başqa bir sərnişin ön qapıdan gələrək sürücünün üz nahiyyəsinə zərbələr endirir. Digər sərnişinlər müdaxilə edərək onu uzaqlaşdırır.Hadisə necə baş verib?Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev BBC Azərbaycancaya bildirib ki, hadisə sentyabrın 18-i saat 17:30-da 135 saylı avtobusda baş verib.O deyib ki, 135 saylı avtobusda vahid kart sistemi tətbiq edildiyi üçün, bir qayda olaraq sərnişinlər avtobusa ön qapıdan daxil olmalı, arxa qapıdan tərk etməlidirlər."Bir qadın arxa qapıdan daxil olduğu üçün sürücü etiraz edib, daha sonra hazırda kimliyi araşdırılan başqa sərnişin ön qapıdan minərək gözlənilmədən sürücüyə hücum edib", o əlavə edib.Cənab Ağayevin sözlərinə görə, sürücü 1 saylı Kiliniki Tibbi Mərkəzə aparılıb, onun qaşına tikiş qoyulub və digər lazımi tibbi yardım göstərilir.Mais Ağayev deyir ki, Agentlik sürücülərə qarşı edilən belə halların mövcudluğundan "ciddi şəkildə narahatdır".Son vaxtlarda sürücülərin sərnişinlər tərəfindən hədə qorxuuya və ya fiziki hücuma məruz qalmasilə bağlı videolar tez-tez sosial şəbəkələrdə paylaşılır.O, bu il nə qədər sürücünün sərnişin tərəfindən hücuma məruz olduğunun statistikasının aparılmadığını desə də, belə halların "çox tez-tez baş verdiyini" qeyd edir.Cənab Ağayev görüntülərin əsasən vahid kart sistemi ilə işləyən avtobuslarda qeydə alınmasının səbəbini həmin marşrutlarda video izləmə sisteminin tətbiq olunması ilə izah edir.Bu səbəbdən o, digər sərnişindaşıma ilə məşğul olan şirkətlərin vahid kart sisteminə keçməsinin tərəfdarı oldunuğu deyir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobusdan “sallanan” sərnişinlər: günümüzün problemi - (VİDEO)
İnsanların həyatını təhlükəyə atan avtobus sürücüsü sərnişindaşıma qaydalarını pozubBAKU.WS Bakıda daha bir avtobusda sərnişindaşıma qaydalarının pozulmasını ək...