Günün Yekunu - 24 may 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Toyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda əməlli-başlı canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119852
“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/119856
"Mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı. Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mükün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119866
Qurum rəsmisi qadağanın aradan qaldırılmasını təsdiqləyib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119868
25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə tamaşaçılarla yanaşı, media nümayəndələri də iştirak edə bilməyəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/119881
"Mən birdən-birə tamamilə yumşaldılmaya gedilməsinin əleyhinəyəm. Biz ötən il eyni təcrübəni yaşadıq və ardınca sərt karantinlərin şahidi olduq. Ona görə tam yumşaldılmanın tərəfdarı deyiləm. Bu hal kütləvi yoluxmaları artıra bilər. Əgər tam yumşaldılmaya gedilərsə, çimərliklərə icazə, toylara qoyulan qadağa və digərləri ləğv olunarsa, yenidən ölkəmiz üçün təhlükələr yarana bilər".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119882
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/119875
Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/119898
"Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/119899
Azərbaycanda bir il yarımdır ki, dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/119909
Oxşar xəbərlər
Günün Yekunu - 2 aprel 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Bu gün Azərbaycan və Ermənistan arasında...