Günün Yekunu - 18 fevral 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/111855
Bu gün BAKU TV kanalının 3 yaşı tamam olur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/111857
"Əlinin 10 yaşı var. Onunla salfet satarkən tanış oldum. Hava çox soyuq olduğuna görə Əliyə "bu günlük bütün salfetlərini mən alacam" dedim və ondan xahiş etdim ki, məni yaşadığı evinə aparsın".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/111868
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/111888
Məktəblərdə uşaqlar arasında xəstələnmə halları çoxalıb. Şagirdlərdə əsasən ürəkbulanma, qarın ağrısı və ishal (diareya) kimi narahatlıq halları artıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/111891
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Yeganə Nağıyevanın, vətəndaşların 2 milyon manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirməsi faktına görə həbs edilməsinə dair məlumatlar yayılmışdır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/111864
Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/111899
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/111900
Ağır yaralanan qazilərimiz Quliyev Şahin Famiq oğlu, Hüseynov Kamil Dursunəli oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlu, Vəçhiyev Çingiz Məmməd oğlu, Quliyev Həsrət Həsən oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Əliyev Qismət Nəsib oğlu, Rustəmli İlkin Elçin oğlu, Eminov Aqil Vahid oğlu, Mehtixanov Məhəmməd Biroğlan oğlu “YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndəriliblər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/111901
Mağazadan icazəsiz su içən şəxsi zəncirləyən market sahibi Rahib Lətifov həbs edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/111903
Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/111904
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/111909
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...