BAKU TV 3 yaşını qeyd edir - VİDEO

BAKU TV 3 yaşını qeyd edir - VİDEO
Video
Şou-biznes 368

Bu gün BAKU TV kanalının 3 yaşı tamam olur.

"BAKU NEWS" dünyanın və ölkənin müxtəlif yerlərindən ən vacib xəbərləri ekranlarımıza gətirir. Ən maraqlı və eksklüziv süjetləri məhz BAKU TV-dən izləyirsiniz.

Kanal yarandığı gündən etibarən ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosüjetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Xüsusilə Vətən müharibəsi zamanı BAKU TV-nin operativ fəaliyyəti, qaynar nöqtələrdən reportajları və hər saat canlı yayımları izləyicilərə dəqiq və dolğun məlumat almaq imkanı yaratdı.

Peşəkar jurnalistlərdən ibarət komandanın işi BAKU TV-yə qısa bir zamanda böyük auditoriya qazandırdı.

2021-ci ilin yanvar ayı üçün telekanalların Youtube reytinqinə nəzər salmaq kifayət edir ki, BAKU TV-nin uğurlarının hansı səviyyədə olduğunu əyani görək.

1. BAKU TV - 17 162 1272. İctimai TV - 15 802 2783. Xəzər TV 8 241 144 ( 5 youtube kanal )4. ATV 3 415 129 ( 4 youtube kanal )5. ARB TV 1 676 4126. AZTV 448 909 7. APA TV 336 7428. ARB24 236 3989. Real TV 201 64210. Space TV 40 429Mənbə: Feedspy

BAKU.WS kollektivi adından BAKU TV rəhbərliyi və komandasını 3 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

BAKU TV sosial şəbəkələrdə:

https://www.facebook.com/www.baku.tv/​ https://www.instagram.com/__baku_tv__/ ​https://baku.tv

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər