Günün Yekunu - 17 mart 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/114225
Azərbaycanda sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114231
Vətən müharibəsinin daha bir hərbçisinin 165 gün sonra nəşi müəyyən edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/114232
Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/114244
Azərbaycanda Novruz bayramı ilə bağlı martın 20-dən 29-na qədər qeyri-iş günü olacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114245
Videobloger Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/114248
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/114253
Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış, bir sıra istintaq tədbirləri yerinə yetirilmiş, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilmişdir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/114255
Koronavirusa yoluxmaların sayı artmağa davam edir. Əslində bu, gözlənilən idi. Qapanmalara getdiyimiz aylarda xəstə sayı azalmağa doğru gedir, lakin yumşalmadan bir müddət sonra əhali arxayınlaşır və yenidən artım müşahidə olunmağa başlayır. İndi də eyni tendensiyanı görürük.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114274
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvləri təyin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/114277
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114279
35 gün erməni əsirliyində qalan qazi Mobil Əhmədzadə Baku Tv-yə müsahibə verib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/114285
Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114287
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...