Bayram tətilində nəqliyyatın hərəkəti ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Novruz bayramı ilə bağlı martın 20-dən 29-na qədər qeyri-iş günü olacaq.
BAKU.WS xəbər verir ki, 9 günlük tətil müddətində ictimai nəqliyyatın işləyib-işləməyəcəyi sualı hamını düşündürür.
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, tətil günlərinin ilk və sonuncu günündə sıxlıq daha çox paytaxt və rayonlar arasında olur:
"Vətəndaşlar özlərinə yaxın insanlara, qohumlarına baş çəkmək üçün rayonlara üz tuturlar. Amma bu il əvvəlki kimi sıxlıq olmayacaq. Çünki universitetlərdə əyani dərs olmadığına görə rayonlarda olan tələbələr Bakıya üz tutmurlar. Bundan əlavə bayram günlərində işə gedib-gələnlər də azdır.
Onu da qeyd etmək lazımdır ki, Bakı və digər şəhərlərdə bayramla əlaqədar kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulmur.
Bakıda şənbə və bazar günlərində ictimai nəqliyyat işləmir. Bu səbəbdən müxtəlif küçələrdə problemlər yaranır və tıxaclar müşahidə olunur. Hesab edirəm ki, bayram günlərində ictimai nəqliyyatın işləməsi gərəkdir. Paytaxt Bakı və digər böyük şəhərlərdə avtobuslar işləməlidir ki, tıxaclar yaranmasın. Əks halda fərdi avtomobillərdən istifadə nəticəsində tıxaclar yaranacaq və ayrıca problem yaradacaq.
Sıxlığın çox olmaması üçün yaxşı olardı ki, ictimai nəqliyyat adi iş günlərindəkinə yaxın rejimdə işləsin. Pandemiyadan əvvəl şənbə və bazar günləri xətlərə buraxılan avtobusların sayı azalırdı. 9 günlük tətil günlərində avtobusların sayını azaltmaq lazım deyil. Əks halda az sayda avtobuslar da sıxlığı aradan qaldıra bilməyəcək".
Oxşar xəbərlər
Rayonlara gediş-gəliş açılırmı?
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət...