Günün Yekunu - 16 may 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/119157
Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/119159
"Hazırda ölkə üzrə 18 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi prosesi gedir. Əgər vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etsələr, növbəti aydan açıq havada tək olarkən maskasız gəzməyə icazə verilə bilər".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119172
"Azərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119187
Mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonundakı ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada bərpa ediləcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/119190
İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan saxlanc yerini aşkarlayıblar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/119204
Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/119206
Caliber.Az-ın məlumatına görə, erməni bloqer Roman Baqdasaryan özünün “YouTube” kanalında Qarabağdakı 44 günlük müharibə zamanı döyüşlərdə iştirakdan yayınmağa çalışan və əsgərlərini tərk edərək qaçan erməni zabitlərinin qorxaqlığından bəhs edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/119210
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/119218
Ümumi təhsil müəssisələrində əyani tədrisə keçid dövrünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə dezinfeksiya işləri həyata keçirilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/119221
Oxşar xəbərlər
Günün Yekunu - 2 aprel 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Bu gün Azərbaycan və Ermənistan arasında...