Günün Yekunu - 13 mart 2021

Günün Yekunu - 13 mart 2021
Siyasət 136

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/114017

Günün Yekunu - 13 mart 2021

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/114019

Günün Yekunu - 13 mart 2021

Sosial şəbəkələrin erməni seqmentində yayımlanan videoda ölən erməni əsgərlərinin valideynləri İkinci Qarabağ Müharibəsi zamanı övladlarının Hadrutda qəsdən ölümə göndərildiyini iddia ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/114031

Günün Yekunu - 13 mart 2021

İcbari tibbi xidmətlər zərfində göstərilən xidmətlər yalnız dövlət müəssisələrində deyil, özəl klinikalarda da göstəriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/114037

Günün Yekunu - 13 mart 2021

"ABŞ-da iyun ayına planlaşdırılır ki, bütün məhdudiyyətlər ortadan qaldırılsın. Çünki ölkədə vaksinasiya prosesi sürətlə gedir. Azərbaycan kimi ölkələr vaksini özləri istehsal etmədiyi üçün bunu xarici ölkələrdən alır. Ölkəmiz müəyyən miqdar vaksin alıb və bu saya uyğun əhalinin daha riskli kateqoriyasının peyvənd olunması gerçəkləşdirilir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114038

Günün Yekunu - 13 mart 2021

Ermənistanda hələlik təşkilatçılarının əhvalına heç cür təsir göstərməyən hərbi çevriliş imitasiyasının afterşokları davam edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/114046

Günün Yekunu - 13 mart 2021

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/114051

Günün Yekunu - 13 mart 2021

"Ölkə əhalisinin 70-75 faizində immunitet yaranmalıdır ki, kollektiv immunitetdən söhbət gedə bilsin. Nəzərə alsaq ki, ikinci dalğada xeyli xəstələnən oldu, bu, Azərbaycan əhalisinin 40-50 faizini təşkil edir. Hər-halda 25-30 faiz insanın da vaksinasiya olunması vacibdir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114054

Günün Yekunu - 13 mart 2021

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/114057

Günün Yekunu - 13 mart 2021

Qaradağ rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/114059

Günün Yekunu - 13 mart 2021

Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/114066

Günün Yekunu - 13 mart 2021

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/114071

Günün Yekunu - 13 mart 2021

Oxşar xəbərlər

Günün Yekunu - 22 fevral 2021

Günün Yekunu - 22 fevral 2021

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Son günlər koronavirusa yoluxmanın sayın...

281 Siyasət 22:00 22 fevral 2021

Son xəbərlər